Gömrük rəisi Vüsal Nuriyev sərxoş halda adam öldürüb qaçdı - SON DƏQİQƏ

Gömrük rəisi Vüsal Nuriyev sərxoş halda adam öldürüb qaçdı - SON DƏQİQƏMartın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. “90-AG-303” nömrə nişanlı, “Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir.

Məlumatı verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.

İxa.az-in əldə etdiyi məlumata görə, avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin “Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib. Avtomobildə, Vüsal Nuriyevin yaxın tanışı olan xanımın da yüngül xəsarətlər aldığı deyilir.

Avtomobil hazırda Saray yolunda yerləşən “Cərimə meydançası“nda saxlanır.

“Cərimə meydançası“ının işçiləri də faktı təsdiqləyiblər.

Vüsal Nuriyevə yaxın mənbənin verdiyi məlumata görə, faktla bağlı öncə Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, sonra iş eyni rayonun prokurorluğuna yönləndirilib. Polis İdarəsində işin müstəntiq Elçin Süleymanova tapşırıldığı bildirilsə də, o, deyilənləri təkzib edib. Lakin həmin polis idarəsinin adının açıqlanmasını istəməyən başqa bir mənbə deyilənləri təsdiqləyib.

Bldirək ki, hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb.

İddialara görə, Vüsal Nuriyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadrıdır. Deyilənə görə xalası oğludur.
Onuda qeyd edək ki, hadisə yerində ölən qadının kimliyi hələlik məlum deyil."Meydan TV"



Gömrük rəisi Vüsal Nuriyev sərxoş halda adam öldürüb qaçdı - SON DƏQİQƏ
Gömrük rəisi Vüsal Nuriyev sərxoş halda adam öldürüb qaçdı - SON DƏQİQƏ

Gömrük rəisi Vüsal Nuriyev sərxoş halda adam öldürüb qaçdı - SON DƏQİQƏ

  • 14-03-2020, 16:56
  • 412


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. Qobustanda kişi qardaşı arvadını öldürdü
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  9. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
  10. Sabahın hava proqnozu-Sabah güclü yağış yağacaq - çətirsiz evdən çıxmayın
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI