“5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?

700 1-04-2020, 14:34 siyaset

“5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?“Azərbaycanda ən güclü “5-ci kolon” Rusiyanın maraqlarının təmsilçiləridir və ən böyük təhlükə də bu qüvvələrdən gələ bilər”

"5-ci kolon" təhlükəsi və Azərbaycan üçün müəyyən təhlükənin yarandığı ilə bağlı rəsmi kluarlarda səslənən fikirlər narahatlıq doğurmaya bilməz. Məlumdur ki, dövlət başçısı da bu məsələ ilə bağlı kəskin mövqe ifdə edib. Maraqlıdır, müxalifət özü “5-ci kolon”la mübarizədə hansı addımları atmalı olduğunu düşünür. Ümumiyyətlə, "5-ci kolon” hansı cəbhədə yaranır?

Siyasilər məsələ ilə bağlı danışdılar.

“Azərbaycan maraqlarını xarici dövlətlərə kimlər satır?


Ümid Partiyasının sədr müavini İlahə Sadıqova bildirib ki, əgər həqiqətən də “5-ci kolon”la bağlı təhlükə varsa, hüquq-mühafizə orqanları bununla bağlı dərhal tədbirlər görməlidir.

“Cəmiyyət bilməlidir ki, Azərbaycan maraqlarını xarici dövlətlərə kimlər satır. Bu, sözlə, bəyanatla yox, hüquq-mühafizə orqanlarının rəsmi sənədləri ilə olmalıdır. Daha hüquq-mühafizə orqanları da bunu insanları şərləyərək yox, obyektiv təhqiqat apararaq həyata keçirməlidir”.

Partiya yetkilisi, bildirib ki, Ümid Partiyası hər zaman dövlətin, xalqın mənafeyini onlara olan münasibətdən asılı olmayaraq, hər şeydən üstün tutublar.

“Ölkəmizin mənafeyinin hər hansı başqa bir dövlətə qurban verilməsini, onların mənafeyinin bizim dövlətin mənafeyindən üstün tutlmasını qətiyyətlə rədd edirik. Əgər belə faktlar mövcuddursa, qarşısı mütləq şəkildə alınmalıdır. Bizim mübarizəmiz Azərbaycan mübarizəsidir. Bizim üçün hər yerdə birinci Azərbaycan maraqlarıdır. Azərbaycan maraqları üçün də sona qədər mübarizə aparacağıq və bu istiqamətdə də bacardığımız hər şeyi edəcəyik”.

““5-ci kolon” kimi anlayışların arxasında düşməyi uyğun görmürəm”


AMİP funksioneri Əli Orucov hesab edir ki, o, indiki dönəmdə daxili düşmən axtarışına çıxmağı, hansısa “5-ci kolon” kimi anlayışların arxasında düşməyi uyğun görmür.

“ Bu gün istər bizim bir toplum və dövlət olaraq istərsə bütün dünyanın bir düşməni və bir təhlükəsi var o da CoVid-19 pandemiyasıdır. Biz də iqtidarlı müxalifətli bir cəmiyyət və dövlət olaraq bu pandemiyanın yenilməsinə qarşı mübarizə aparıb gücümüzü və həmrəyliyimizi nümayiş etdirməliyik”

“Təkcə müxalifət yox, bütün cəmiyyət bu "5 ci kolon"la mübarizə aparmalıdır”

Politoloq Əlabbas Məhərrəmli “5 ci kolon” məsələsinin bu mərhələdə önə çəkilməsini düzgün hesab etmir. Buna baxmayaraq bildirir ki, “5 ci kolon” həmişə olub.

“Azərbaycanın milli maraqlarını satan, xarici dövlətlər qarşısında öhdəlik götürən bəzi "insanlar"təəssüf ki, bizim ölkədə də var. Təkcə müxalifət yox, bütün cəmiyyət bu "5 ci kolon"la mübarizə aparmalıdır”.

“Azərbaycanvda da “5-ci kolon”un olması istisna deyil “

ADP sədrinin müavini Taliyət Əliyev hesab edir ki, Azərbaycanda “5-ci kolon” məsələsi yeni deyil. “Azərbaycan müxalifəti iqtidarda, iqtidar isə müxalifətdə “5-ci kolon”un olduğunu deyirlər. Bir dövlət daxilində hər hansı bir başqa dövlətin maraqlarnın təmsilçilərinə “5-ci kolon” deyilir. Bu baxımdan Azərbaycanvda da “5-ci kolon”un olması istisna deyil. Hamıya məlumdur ki, Azərbaycanda ən güclü “5-ci kolon” Rusiyanın maraqlarının təmsilçiləridir və ən böyük təhlükə də bu qüvvələrdən gələ bilər. Müxalifət düşərgəsi də bunun fərqindədir və bu təhlükəyə qarşı da üzərinə düşən nədirsə onu etməyə çalışır”.

Ləman

versus.az

XƏBƏR LENTİ