Bakıda polis yol qəzasında öldü

675 10-04-2020, 11:57 hadise

Bakıda polis yol qəzasında öldüBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini sakini, 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi “Changan” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, R.Cəfərov polis əməkdaşıdır. O, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub. (APA)

XƏBƏR LENTİ