Dövlət qulluqçusu karantinə görə işdən qovuldu

491 23-04-2020, 16:25 cemiyyet

Dövlət qulluqçusu karantinə görə işdən qovuldu
Vətəndaşların dövlət orqanlarına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət edib

Nazirlər Kabineti (NK) Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov işdən çıxarılıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə NK məlumat yayıb.

Məlumata görə, ölkə ərazisində koronavirus infeksiyasının (COVID -19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən onun işinə son verilib.


Xeberdar.net

Artiq Instagram-da da bizi izləyə bilərsiniz. Aşağıdakı linkdən daxil olaraq səhifəmizi izləyin
https://www.instagram.com/p/B_Smq73jU0L/?igshid=1pqmjx9sbijds

XƏBƏR LENTİ