"PREZİDENT “SÖZDƏN ƏMƏLƏ” YANAŞMASINI NÜMAYİŞ ETDİRİR" - Şahin Seyidzadə

"PREZİDENT “SÖZDƏN ƏMƏLƏ” YANAŞMASINI NÜMAYİŞ ETDİRİR" - Şahin Seyidzadə
Millət Vəkili Şahin Seyidzadə Ölkə başçısı İlham Əliyev tərəfindən aparılan islahatlara münasibət bildirib. Bu barədə Millət Vəkili Xeberdar.net'ə açıqlama verib.
"PREZİDENT “SÖZDƏN ƏMƏLƏ” YANAŞMASINI NÜMAYİŞ ETDİRİR" - Şahin Seyidzadə
O bildirib ki, “Yeni islahatlar” erasına start verilib

Azərbaycan gələn il müstəqilliyinin 30-cu ilini qeyd edəcək. Son 200 il ərzində Azərbaycan dövləti hələ belə uzunmüddətli müstəqil olmamışdır. Bu həm bir sınağ, həm də bir çağırışdır. İnstitutlaşdırılmış bir subyekt kimi dövlətimiz hələlik çox gəncdir və yetkinliyə çatmaq yolunda müxtəlif inkişaf mərhələrindən keçir. İnkişafın yeni bir mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bunu aydın şəkildə dövlət başçısı “yeni islahatlar” erası olaraq elan edərək, onların icrasına başlamışdır. Aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Strukturda olan dəyişikliklər idarəetmə sistemində islahatlar aparılmasa mümkün deyil. Uğurlu islahatın təməlində uğurlu idarəetmə, uğurlu idarəetmənın təməlində isə peşəkar və durust kadr faktoru durur. Vəzifələri həvvala olunmuş kadr, Prezidentin ətrafında sıx birləşərək onun apardığı islahatı tək sözlə yox, həm də əməllə dəstəkləyirsə, o zaman islahatın ayrılmaz bir parçası olur. Əgər onun amalları və fəaliyyətləri qeyd edilən kimi deyil və dövlətçiliyinə xidmət göstərmirsə bu o deməkdir ki, həmin şəxs islahatlara uyğunlaşmır. “Yol qaydalar”ı açıq, aydın və çox sadədir – riayyət et və yaxud cəzalındarılacaqsan.

Prezident “sözdən əmələ” yanaşmanı nümayiş etdirir

Cənab Prezidentin dövlət və hökümətin daxilində apardığı yenidən qurma və islahat siyasətində nəzərdə tutduğu istiqamətlər artıq öz bəhrəsini verir. 2 il öncə başlamış hüquqi, institusional və kadr islahatları geniş vüsət alaraq bu gün intensiv formada davam edir. Biz artıq dövlətin bütün sahələrində islahatlara açıq formada şahid oluruq. İslahat elan olunub, “sözdən əmələ” keçərək, icrası başlanılıb. İslahatlara qarşı gedən, islahatlara “mənfi fon” yaradanlara qarşı cəza tədbirləri də elan olunub, “sözdən əməl”ə keçərək, cəzalandırılmanın tətbiqinə başlanılıb. Prezident həm islahat istiqamətində, həm də islahatlara qarşı gedənlərə qarşı cəzanı tətbiq etməkdə “sözdən əmələ” yanaşmasını aydın şəkildə nümayiş etdidir.

İslahatların gətirdiyi qaydaları riayyət etməyənlər oyunda “qırmızı kart” alır

Son dövrdə aparılan ciddi kadr və struktur dəyişikliklərini məhz bu cümlə ifadə etmək istərdim. Dövlətçilik və xalqın rifahı naminə qarşıya qoyulan məqsədlərə, islahatlar və strateji planlara əməl etməyənlər kənarlaşdırılmalı, daha doğrusu desək artıq kənarlaşdırılır. İslahatların gətirdiyi qaydalara riayət etməyənlər “qırmızı kart” alır.

Prezident yeni yanaşmalar və səriştələr gözləyir.

Prezident hakimiyyətin üç qolunda da islahatlara start vermişdir. 2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları start götürmüşdür. 10 mart 2020-ci il tarixində keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında cənab Prezident İlham Əliyev öz çıxışında bu islahatların artıq ölkənin qanunvericilik orqanında başlanmasını elan etmişdir: “Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur...”. Prezident qanunvericilik sahəsi üzrə, qanunların təkmilləşdirilməsi, qanun və sərəncamların icrasında nəzarət funksiyasına əməl edilməsində yeni tapşırıqlar vermişdir. İslahat dövründə hər kəsə yeni vəzifə və yeni hədəflər qoyulur. Prezident yeni yanaşmalar və səriştələr gözləyir.


Mirzə li

"PREZİDENT “SÖZDƏN ƏMƏLƏ” YANAŞMASINI NÜMAYİŞ ETDİRİR" - Şahin Seyidzadə

  • 11-05-2020, 22:13
  • 136


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  6. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  7. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  8. Sabah güclü külək əsəcək
  9. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  10. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI