TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib

844 23-05-2020, 12:40 dunya

TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib“The New York Times” yazır ki, Liviyada Türkiyənin dəstəklədiyi hökumət qüvvələri Moskva tərəfindən dəstəklənən marşal Xəlifə Haftarın ordusu üzərində dalbadal qələbələr qazandıqdan sonra Rusiya və Birləşmiş Ərəb Əmirlikləri çətin seçim qarşısında qalıblar.

Məqalədə deyilir ki, bu qələbələr həm də Türkiyəni Yaxın Şərq meydanında həlledici qüvvəyə çevirib. Türkiyənin zərbələri ilə dəstəklənən Liviya hökumət qüvvələri həftənin əvvəlində Tripoli yaxınlığındakı çox mühüm hərbi-hava bazasını ələ keçiriblər, Türkiyə dronları buraya təzəcə gətirilmiş Rusiya hava hücumundan müdafiə raketlərini yerlə yeksan edib.

Qəzet yazır ki, əslində bu hərbi uğurlar Liviya müharibəsinin taleyini dəyişib. Müəllifin fikrincə bu, Türkiyənin Osmanlı imperiyası zamanından bəri Yaxın Şərqə ən qüdrətli müdaxiləsi olub.

Təsadüfi deyildir ki, Avropa Xarici Münasibətlər Şurası analitik mərkəzi son məqaləsinə “Liviya artıq Türkiyənindir” başlığını qoyub. Daha sonra deyilir ki, son bir ildə xarici dəstəkçilərinə, xüsusilə də Rusiyaya güvənən Haftar bu münaqişədə qalib kimi görünürdü.

Lakin mayın 20-də Tripoli hökumətinin qoşunları artıq Liviyanın mərkəzi ərazilərində müzəffər yürüş edirdilər. Onlar üstəlik pulu Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ödənmiş Rusiya hava hücumundan müdafiə qurğularını da ələ keçirmişdilər. Mayın 21-də Haftarın qoşunları paytaxtın 60 kilometrliyindəki strateji Asaba şəhərini tərk etməli olub.

BMT-nin Liviyadakı səfiri Stefan Uliyams Təhlükəsizlik Şurasına xəbərdarlıq edib ki, xarici silahlar, təyyarələr və muzdlularla dolu Liviya münaqişəsi tammiqyaslı təmsili müharibəyə çevrilə bilər. Amma bunlara baxmayaraq 76 yaşlı Haftar mayın 21-də bəyan edib ki, Liviya tarixində ən böyük hücuma başlayacaq.
TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
Onun hərbi-hava qüvvələrinin komandanı Səqr əl-Caruşi deyib ki, Liviyanın bütün şəhərlərindəki Türkiyə mövqeləri və maraqları bundan sonra “qanuni hədəf” sayılacaq.

“The New York Times” yazır ki, reallıqda Haftarın növbəti gedişini onun özü yox, əsas dəstəkçiləri olan Moskva, Qahirə və Abu Dabi müəyyən edəcəklər. Son döyüşlərdən əvvəl Rusiyanın Liviyaya Suriyadan 8 döyüş təyyarəsi gətirdiyi xəbər verilirdi. Bundan başqa Liviyada Rusiyadan olan mindən artıq muzdlunun Haftar tərəfində döyüşdüyü məlumdur.

Amma Liviya hökumət qoşunları strateji hərbi-hava bazasını ələ keçirdikdən dərhal sonra, mayın 21-də səhər saatlarlında Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon söhbəti olub.

Tərəflər Liviyada atəşkəsə və bu ölkənin taleyini həll edəcək siyasi danışıqlara çağırıblar. Əslində Moskva və Ankara belə bir çağırışla ötən yanvarda da çıxış etmişdilər.

Amma Rusiyaya güvənən Haftar bu çağırışa məhəl qoymamışdı. Lakin Türkiyənin dəstəklədiyi son hücumlar vəziyyəti kökündən dəyişib, beləki Liviya hökuməti hava məkanında da üstünlüyünü təmin edib.

Qəzet yazır ki, Türkiyənin hərbi uğuru Haftarın daha bir dəstəkçisi olan Misir prezidenti Əbdül Fətta Sisini təşvişə salıb. Qahirə Türkiyə hərbiyyəsinin Liviyada həmişəlik qalacağından narahatdır.

Bununla belə, Liviya münaqişəsi məsələsində əsas beynəlxalq oyunçular arasında fikir ixtilafı çox böyükdür. Məqalədə deyilir ki, belə bir vəziyyətdə uzağı Haftarı danışıqlar masası arxasına oturtmaq mümkün ola bilər.

Mayın 20-də ABŞ və Fransa prezidentləri də Liviyada gərginliyin azaldılmasına çağırış ediblər. “The New York Times” yazır ki, bundan əvvəl Haftar siyasi danışıqlara getmək əvəzinə, əksinə hücumlarını intensivləşdirib. (azadliq.org)

XƏBƏR LENTİ