ADINI TARİXƏ YAZANLAR - Ramil Hidayətov - VİDEO

3 220 6-06-2020, 22:47 cemiyyet / medeniyyet / maraqli / video

ADINI TARİXƏ YAZANLAR - Ramil Hidayətov - VİDEO
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur.
Hidayətov Ramil Biləsuvar oğlu 1974-cü ildə 7 dekabrda Qobustan rayonunun Cəmcəmli kəndində anadan olmuşdur. 1981-ci ildə məktəbəqədər hazırlıq qrupuna, 1982-ci ildən Cəmcəmli kənd orta məktəbinə gedib.1992-ci ildə orta məktəbi bitirmişdir. Müəllimləri və sinif yoldaşlarının sözlərinə görə Ramil, istər dərs, istərsə də fiziki cəhətdən digər yoldaşlarından fərqlənib.1993-cü ildə Milli ordu sıralarına çağırılmışdır.Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş,1994-cü ilin yanvarın 31-da Tərtər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.Doğulduğu kəndin qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra Cəmcəmli kənd klubuna Ramil Hidayətovun adını versələr də, son illərdə klubun önündə asılan löhvə götürülüb və klub ləğv edilib. şəhid anasının isə bircə arzusu var: Şəhidin adının yenidən kluba verilməsi. Bu barədə aidiyyatı orqanlara müraciət edəcəyik.
Xeberdar.net"in youtube kanalında ADINI TARİXƏ YAZANLAR verilişinə baxa bilərsiniz. ALLAH rəhmət etsin.


Mirzə li

XEBERDAR.NET

XƏBƏR LENTİ