8103 SMS icazə sistemində cavabın verilməsi müddəti uzadılıb

8103 SMS icazə sistemində cavabın verilməsi müddəti uzadılıbAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.

Qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunacaq.

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 3 milyon 475 min SMS göndərilib ki, bunlardan da 774 mini, yəni 22 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

Xeberdar.net

8103 SMS icazə sistemində cavabın verilməsi müddəti uzadılıb

  • 25-06-2020, 12:20
  • 328


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  2. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  3. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  4. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
  5. DİNŞÜNAS DEPUTATIN KORONAVİRUS “MOİZƏSİ” – İnsanları məsuliyyətli olmağa çağırmaq asandır, amma...
  6. Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib
  7. AZAL-da “TƏMİZLƏMƏLƏR” BAŞLADI - Şirkətdə bir qrup vəzifəli şəxs işdən çıxarılıb
  8. Sabah hava necə olacaq? –Proqnoz
  9. Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz — DİQQƏT
  10. Slovakiya rusiyalı diplomatları ölkədən çıxardı
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI