MƏHDUDİYYƏTLƏR SƏRTLƏŞDİRİLİR! - Operativ Qərargahdan açıqlama

MƏHDUDİYYƏTLƏR SƏRTLƏŞDİRİLİR! - Operativ Qərargahdan açıqlama"Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir".

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır:

"Eyni zamanda fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.

Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək".

MƏHDUDİYYƏTLƏR SƏRTLƏŞDİRİLİR! - Operativ Qərargahdan açıqlama

  • 25-06-2020, 15:18
  • 273


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  2. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  3. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  4. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
  5. DİNŞÜNAS DEPUTATIN KORONAVİRUS “MOİZƏSİ” – İnsanları məsuliyyətli olmağa çağırmaq asandır, amma...
  6. Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib
  7. AZAL-da “TƏMİZLƏMƏLƏR” BAŞLADI - Şirkətdə bir qrup vəzifəli şəxs işdən çıxarılıb
  8. Sabah hava necə olacaq? –Proqnoz
  9. Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz — DİQQƏT
  10. Slovakiya rusiyalı diplomatları ölkədən çıxardı
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI