Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

7 985 20-09-2020, 08:30 idman

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaqBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.

Xeberdar.net "Report"a istinadən məlumat verir ki, günün ilk matçında "Zirə" "Sabah"ı qəbul edəcək.


Meydan sahibləri ilk iki matçda 4 xal toplayıbsa, "Sabah"ın 3 xalı var. Komandalar çempionatda 7 dəfə üz-üzə gəlib. Bunların ikisində "Zirə", üçündə isə qonaqlar qələbə qazanıb. Topların fərqi isə bərabərdir - 7:7. "Zirə” rəqibinə qarşı son 4 oyunda meydanı qolsuz və xalsız tərk etməyib.

Günün əsas matçında Azərbaycan derbisi gerçəkləşəcək. Son ölkə çempionu "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Bu, komandaların çempionatda 80-ci dueli olacaq. 29 görüşdə Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı 3 xalla tərk edib. 30 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də "Qarabağ"ın üstünlüyü var - 84:71. Ağdam klubu son üç Premyer Liqa matçında "Neftçi"dən qol buraxmır, paytaxt təmsilçisi isə 5 matçdır rəqibini məğlub edə bilmir.

Azərbaycan Premyer Liqası

III tur

20 sentyabr (bazar)

18:00. “Zirə”– “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

Qeyd edək ki, turun digər matçında "Sumqayıt" evdə "Səbail"i 2:1 hesabı ilə üstələyib, "Qəbələ" - "Keşlə" matçında qol vurulmayıb.

XƏBƏR LENTİ