Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - RƏSMİ

576 8-10-2020, 18:12 bolge

Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - RƏSMİ

Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - RƏSMİ
Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzinə, Hüsənli və Səhləbad kəndlərinə ağır artilleriyadan 310 zərbə endirilib.

Xəbərdar.net Tərtər Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata istinadən xəbər verir ki, , ümumilikdə, 27 sentyabrdan bu günədək rayonda düşmən təxribatı nəticəsində doqquz mülki şəxs həlak olub, 37 nəfər yaralanıb.

Məlumatda bildirilib ki, 82 ev tamamilə dağıdılıb, 351 evə ziyan dəyib:

“51 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 22 yardımçı tikili tamamilə dağıdılıb, 29 yardımçı tikiliyə, 17 sosial obyektə, altı istehsal obyektinə, 27 ticarət obyektinə ziyan dəyib”.

“Həmçinin, 14 inzibati bina zərər çəkib”, - deyə RİH-dən qeyd edilib.

XƏBƏR LENTİ