Nə hiyləgərlik birliyimizi pozmalı, nə də qəddarlıq bizi qorxutmalıdır

Nə hiyləgərlik birliyimizi pozmalı, nə də qəddarlıq bizi qorxutmalıdırÜmid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Azərbaycanın cəbhə bölgəsindən uzaq olan şəhər və rayonlarının Ermənistan tərəfindən atəşə tutulması və bununla da mülki əhali arasında qorxu yaratmağa cəhd edilməsi ilə bağlı xalqa müraciət edib.

Müraciətdə deyilir:


“Əziz həmvətənlər! Müzəffər ordumuz Ermənistanın uzun illər işğalda saxladığı əraziləri azad etdikcə düşmən azğınlaşır. Mülki əhalini, cəbhə bölgəsindən uzaq şəhər və rayonlarımızı atəşə tutur, ölkədə panika, qorxu mühiti, həyəcan və təlaş yaratmağa çalışır.

Azərbaycan xalqının birlik və bərabərliyi, vahid mövqeyimiz, siyasi və mənəvi bütövlüyümüz düşməni sarsıdır. Bu addımlarıyla düşmən dinc əhali arasında təşviş yaratmaq, haqq işimizi durdurmaq niyyəti güdür.

Hər kəsə səslənirəm!

Vətən müharibəsi aparırıq. Düşmən hiyləgər və qəddardır. Nə hiyləgərlik birliyimizi pozmalı, nə də qəddarlıq bizi qorxutmalıdır. Yersiz həyəcan və təşvişə ehtiyac yoxdur.

Gəncə, Beyləqan, Bərdə, Şəmkir və digər sərhəddən uzaq ərazilərin raket atəşinə tutulması onun göstəricisidir ki, Ermənistan ordumuzu durdura bilmir, dinc əhalini hədəfə almaqla çarə arayır.

Hamını birliyə, qardaşlığa, vətən qarşısında məsuliyyətli olmağa çağırıram.

Heç kim həyəcanlanmasın, qorxmasın, möhkəm olsun, birliyimizi qorusun.

Qarabağ Azərbaycandır!”

Nə hiyləgərlik birliyimizi pozmalı, nə də qəddarlıq bizi qorxutmalıdır

  • 11-10-2020, 13:29
  • 54


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR! -Səmayə Həsənova | Münasibət
  3. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  4. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  5. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  6. PAŞİNYAN TƏSLİM OLMAĞI TƏKLİF EDİR! – Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma...
  7. PAŞİNYANIN TÜRKİYƏYƏ QARŞI PLANLARI İFŞA EDƏN CÜMLƏSİ… –Ankara yeni dövrə öz xəritələriylə gedəcək - TƏHLİL
  8. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  9. “Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” –Prezidentin köməkçisi
  10. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI