Prezidentin köməkçisi:"Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb"

643 22-10-2020, 11:30 cemiyyet

Prezidentin köməkçisi:"Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb"“Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub”.

Xeberdar.net məlumat verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb: “Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.

XƏBƏR LENTİ