Baş Prokurorluqdan hərbçilərimizlə bağlı məsuliyyətsiz paylaşımlar barədə XƏBƏRDARLIQ
Baş Prokurorluq müharibə vəziyyəti ilə bağlı sosial şəbəkə istifadəçiləri və bəzi kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.
Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun və hərbiçilərimizin əməliyyatları ilə bağlı foto, video və informasiyaların paylaşılması, eləcə də, döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur.
Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.
Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.