Goranboyda yanğın oldu

548 10-11-2020, 11:50 hadise / bolge

Goranboyda yanğın oldu

Goranboy rayonunun Qarabucaq kəndində ümumi sahəsi 80 kvadrat metr olan talvarın yanar konstruksiyaları, altına yığılan 10 ton ot bağlamasının beş tonu və yaxınlıqda ümumi sahəsi 112 kvadrat metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

XƏBƏR LENTİ