ŞUŞADA AZƏRBAYCANLI POLİSLƏR FƏALİYYƏTƏ BAŞLADI - Şuşa şəhərinə komendant təyin olunub

552 12-11-2020, 13:47 cemiyyet

ŞUŞADA AZƏRBAYCANLI POLİSLƏR FƏALİYYƏTƏ BAŞLADI - Şuşa şəhərinə komendant təyin olunubŞuşa Rayon Polis Şöbəsinin əməkdaşları artıq işğaldan azad olunmuş Şuşa şəhərində vəzifələrinin icrasına başlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon mərkəzi olan Şuşa şəhərində yerli Polis Şöbəsinin bərpasına başlanılıb.



Polis əməkdaşları Şuşaya azərbaycanlı əhalinin köçürülməsindən sonra ölkədə tətbiq olunan komendant rejiminin tətbiqində iştirak edəcək.

Yaradılan komendatura rejimində komendant Şuşa Rayon Polis Şöbəsinin rəisi komendant kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, dünən Xocavəndin Hadrut qəsəbəsində Rayon Polis Şöbəsinin fəaliyyətə başlamasına dair xəbər yayılmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov billdirib ki, müvafiq Polis Şöbələrinin işğaldan azad olunan ərazilərimizə köçürülməsinə başlanılıb: .“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş razilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən, işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür. Artıq Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunublar”.

E.Zahidov onu da əlavə edib ki, bu proses Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq aparılır: “Bu Polis Şöbələri müvəqqəti komendantlıqlar şəklində aidiyyəti rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər”.

Xatırladaq ki, Azərbaycan ordusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı müharibədə qazandığı qələbə nəticəsində, noyabrın 8-i Şuşa şəhəri erməni işğalından azad edilib.

XƏBƏR LENTİ