Göyçayda 80 baş qoyun suda batdı

Göyçayda 80 baş qoyun suda batdı

Göyçay rayonunda xırda buynuzlu heyvanlar arasında tələfat baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Şəkər kənd sakinlərinə məxsus mal-qaranın otlaq sahəsində qeydə alınıb.

Kənd sakinlərindən Baloğlan Əsgərov, Ağaisa Mirəliyev, Xəyyam Nuriyev, Sirac Haqverdiyev, Azad Bəşirov, Rasim Mircəfərov, Elvin Mirəliyev və başqalarına məxsus 320 baş qoyundan 80-i otlaq sahəsinin ortasında yeni qazılan dərin suvarma arxına düşüb. Hadisə nəticəsində 17 baş qoyun tələf olub, 50-dən çox qoyun suda boğulub, xəsarət alıb.

Kənd sakinləri bildiriblər ki, Şəkər kənd icra nümayəndəliyi əhalinin otlaq sahəsini iki yerə bölüb, su arxının bir tərəfində yonca sahəsi və tut bağı salıb, digər tərəf isə otaq sahəsi kimi qalıb.

Dünən kənd icra nümayəndəliyinin sifarişi ilə “Hyundai” markalı ekskavator bu otlaq sahəsinin ortasında dərinliyi iki metrdən çox olan arx qazıb. Kənd sakinləri bu arxın qazılmasından xəbərsiz olduqlarını bildiriblər.

Bu gün otlaq sahəsinə gələn qoyun sürüsü arxdan keçmək istəyərkən qəflətən suya düşərək, boğulublar. Çoban sahədə tək olduğu üçün qoyunların dərin su arxına yaxınlaşmasının və suya düşməsinin qarşısının ala bilməyib.

Yerli sakinlər bu məsələ ilə bağlı kənd icra nümayəndəliyinə və bələdiyyə sədrinə müraciət etdiklərini, lakin onların hadisə yerinə gəlmədiklərini bildiriblər.

Kənd sakinləri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Məlumat Mərkəzinə müraciət ediblər. Hazırda polis əməkdaşları hadisə yerindədir. Vətəndaşlar onlara dəyən maddi ziyanın ödənilməsi üçün şikayət ediblər.

Göyçayda 80 baş qoyun suda batdı

  • 15-11-2020, 16:40
  • 59


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir
  2. Mərkəzi Banka yeni səlahiyyət verilib
  3. Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
  4. BH Başqanı Hürrü Əliyev: "Bizim üsyanımız işğalçı rus ordusunun ölkəmizdə olmasınadır."
  5. Ümid Partiyasının Fransa Senatına etirazı
  6. İcra başçısı cəbhədəki əsgərin evini sökdürdü – FOTOLAR
  7. Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto
  8. Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...
  9. Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
  10. Polis Akademiyasına rəis təyin olunub –Sərəncam
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI