“Nəcməddin Sadıqov orada ev dustağıdır” – Deputatdan SENSASİON AÇIQLAMA

“Nəcməddin Sadıqov orada ev dustağıdır” – Deputatdan SENSASİON AÇIQLAMA“Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs?”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında artıq 3 aydan çoxdur, barəsində çeşidli məlumatlar dolaşan Baş Qərargahın rəisi, general-polkovnik Nəcməddin Sadıkovun müəmmalı şəkildə “yoxa çıxmasına” münasibət bildirən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

Aqil Abbasın fikrincə, Nəcməddin Sadıkov hazırda villalarının birində ev dustağıdır:

“Nəcməddin Sadıqov vəzifəsindən kənarlaşdırılıb. Görünür, özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz.

Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı… Yəqin evində, villalarının birində ev dustağı olar.

Bu məsələnin rəsmiləşməməsi dövlətin xüsusi xidmət orqanlarının işidir. Mən tələb edə bilmərəm ki, sən bunu niyə rəsmiləşdirmirsən? Hər dövlət orqanının öz işi var, onu da yəqin ki bir gün açıqlayar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Bunu Müdafiə Nazirliyi deyə bilər. Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.

Müdafiə Nazirliyinin mətbuatla işinin bərbad vəziyyətdə olduğunu, bu üzdən qoyulmuş suala həmin qurumdan cavab almağın mükünsüzlüyü haqda replikamızdan sonra Aqil Abbas bu mövzuya da toxundu:

“Müdafiə Nazirliyi mətbuatla həmişə zəif işləyib. Yaxşı ki Anarı (Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov – red.) gətirdilər. O da müharibə dövründə pis işləmirdi, amma ondan sonra deyəsən, o da “evdən işləyir”.

“Nəcməddin Sadıqov orada ev dustağıdır” – Deputatdan SENSASİON AÇIQLAMA

  • 9-01-2021, 12:14
  • 240


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə Putinə açıq məktub yazdı
  2. Siyasətin boz üzü
  3. Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... - Müğənnilərin karantin gündəliyi
  4. MİRZƏ FƏTƏLİ AXUNDOV DİN HAQQINDA
  5. Azərbaycan vətəndaşları Türkiyədə daha 155 mənzil alıb –Statistika
  6. "Hər kəs bir sayt yaradır və istədiyini edir..."
  7. Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıb –Müdafiə Nazirliyindən açıqlama
  8. Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTOLAR
  9. Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxslər tutulub - VİDEO
  10. Şabranda oğlunu güllələyən ata saxlanıldı
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI