Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb

1 077 21-01-2021, 11:27 hadise

Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb
Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb. Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

XƏBƏR LENTİ