Yolu keçmək istəyənləri maşın vurdu, biri öldü

1 288 22-03-2021, 01:30 bolge

Yolu keçmək istəyənləri maşın vurdu, biri öldü


Şirvanda və Saatlıda iki ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Cavadov Elçin Mehman oğlu yolu keçmək istəyən zaman onu “Opel” markalı minik avtomobili vurub. Ağır xəsarətlər alan E.Cavadov Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb.

Digər qəzada isə Şirvan şəhər sakini vəfat edib. 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Elxan oğlu yolu keçmək istəyən zaman onu mikroavtobus vurub. Ağır xəsarətlər alan P.Məmmədov Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ