“Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj

708 15-04-2021, 20:37 dunya

“Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesajRusiya və Ukrayna arasındakı gərginlik artmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin “bölkədəki qüvvələrini azalt” çağırışından sonra Rusiyada müzakirə yaradan addım atılıb.

Rusiyanın Ukrayna ilə sərhədlərindəki tanklarına ağ xətlər çəkilib.

“Daily Mail”in xəbərinə görə, Rusiya rəhbərliyi “döyüş boyası” adlanan bu üsulla dost və düşmən qoşunlarını daha asan fərqləndirməyi hədəfləyir. Rusiyanın sərhədlərdəki tankları boyaması ABŞ və Ukraynaya “müharibəyə hazırıq” mesajını verməsi kimi şərh edilir.

Sovet Rusiyası “soyuq müharibə” dövründə Çexoslovakiyada Kommunist Partiyasına qarşı başlayan etiraz dalğasına müdaxilə etmişdi. 1968-ci ildə Çexoslovakiyanın işğalında iştirak edən Sovet tankları ağ rəngə boyadılmışdı.

XƏBƏR LENTİ