26 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

791 26-04-2021, 17:30 bolge

26 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 26 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumat görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar. Keçirilən baxış zamanı S.Mövlanovun üzərindən üç qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb.

E.Ağayevin yaşadığı evə və həyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram narkotik vasitə heroin və üç kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib. Həbs edilən şəxslər narkotiki onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
26 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
26 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
26 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

XƏBƏR LENTİ