Doğum evlərində neonatoloqlar tərəfindən  yersiz və icazəsiz olaraq körpələrə süni qida verilir. Evə yazılan analara tövsiyə vərəqində süni qida adı yazılır, məsləhət görülür.  Süni qidanın ilk gundən  körpəyə verilməsi və uşağın buna öyrəşdirilməsi  uşaq üçün sağlıq, ailə üçün maddi problemlər yaradır. Doğum evindəki neonatoloqlar   bununla "Körpələrin qidalanması haqda" qanunu pozur və hər hansı maraq qarşılığında süni qida şirkətlərinə fayda verirlər. Nəticədə zərərçəkən körpələr olur. Süni qida ilə körpənin  orqanizmində allergik fon güclənir, atopik dermatit və s. allergik xəstəliklər, mədə-bağırsaq problemləri inkişaf edir.  Şüşədən rahat şəkildə  süni qida əmməyə alışan körpə ana döşündən imtina etməyə başlayır. Təcrübəsiz analar verilən bu alternativə görə təbii qidalanmanı düzgün idarə edə bilmir və süni qida  ilə davam edərək ailənin maddi durumunun çətinləşməsinə səbəb olurlar. Hazırda doğum evləri sanki  iki qida şirkəti arasında bölüşdürülüb. Süni qida adının tövsiyə vərəqinə yazılması eyni zamanda istehlakçının seçim hüququnu pozur və   reklam xarakteri daşıyır.  Həkimlər və süni qida şirkətləri arasında olan bu əməkdaşlıq körpələrin ana südü ilə qidalanmasına böyük zərbədir. Bu kampaniya  ilə körpələrin sağlamlığını düşünən hər kəsi imza etməyə çağırırıq. 
Kampaniyaya aşağıdakı linkdən  qoşulmaq olar.
My Webpage