Tərtər rayonunun Ağdərə şəhəri ətrafındakı meşələr yandı...-FOTO

556 16-08-2021, 09:07 cemiyyet

Tərtər rayonunun Ağdərə şəhəri ətrafındakı meşələr yandı...-FOTOAvqustun 15-də Azərbaycan Respublikası Tərtər rayonunun hələlik Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalan Ağdərə şəhəri ətrafındakı yüksəkliklərdə yanğın baş verib.

Moderator.az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, yanğın Bakı vaxtı ilə saat 11:00 radələrində Azərbaycan ordusunun mövqelərinin yerləşdiyi əraziyə yaxın sahədə, şəhərin yaxınlığındakı meşəli, otlu təpələrdə baş verib.

Separatçı rejim mənsubları yanğının guya “Azərbaycan tərəfi yandırıcı güllələr atması nəticəsində baş verməsi” böhtanını ortalığa atıblar. Terrorçu Araik xuntasının qanunsuz “fövqəladə hallar xidməti” hadisədən yalnız 3 saata yaxın vaxt keçdikdən sonra - saat 13:34-də xəbər tutub.

Erməni hərbçilər, sakinlər və yanğınsöndürmə komandası yanğını söndürməyə çalışırlar. Xatırladılır ki, bir neçə gün əvvəl Ağdərənin şimal-qərb hissəsində Tərtər rayonunun işğal altındakı Qaratəpə(“Tonaşen”) və Çardaqlı (“Maqavuz”) kəndi arasındakı meşələrdə də(eyni rayonun Azərbaycanın birbaşa nəzarətindəki Suqovuşan kəndinə yaxın ərazilər) yanğın baş verib. Erməni yanğınsöndürənlər günlərlə yanğını söndürə bilməyiblər.

XƏBƏR LENTİ