Rusiya Talibanın təklifini rədd etdi: “Heç bir halda...”

572 11-09-2021, 09:52 dunya

Rusiya Talibanın təklifini rədd etdi: “Heç bir halda...”Rusiya sentyabrın 11-də Taliban tərəfindən qurulan müvəqqəti hökumətin andiçmə mərasiminə qatılmayacaq.

Xeberdar.net-in məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Əfqanıstanda narkotik ticarəti və terrorizmlə bağlı hansı gəlişmələrin olacağını bilmədiklərini bildirən Peskov deyib: “Bu səbəbdən yeni rəhbərliyin Əfqanıstanda hansı addımlar atacağını bilmək bizim üçün vacibdir”.

Rusiyanın taliblərin sentyabrın 11-də yeni müvəqqəti hökumətin andiçmə mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib: “Xeyr, Rusiya heç bir şəkildə iştirak etməyəcək”.

ABŞ geri çəkildikdən sonra Əfqanıstanı nəzarətə götürən Taliban Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətəri yeni hökumətin təqdim edilməsi mərasiminə dəvət edib.

XƏBƏR LENTİ