Hacıqabulda narkotiklə tutulan şəxsin oğurluq etdiyi də məlum olub

606 20-11-2021, 13:36 cemiyyet

Hacıqabulda narkotiklə tutulan şəxsin oğurluq etdiyi də məlum olubHacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Hafis Səmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Onun üzərinə keçirilən baxış zamanı iki bükümdə narkotik maddə heroin aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən H.Səmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən bir ədəd motorlu mişar oğurladığı və dəyərindən ucuz qiymətə satdığı da müəyyən edilib.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.Müsavat.com/

Hacıqabulda narkotiklə tutulan şəxsin oğurluq etdiyi də məlum olub

XƏBƏR LENTİ