Ərdoğan AÇIQLADI: Soçidə bu məsələ HƏLL EDİLİB

"Xüsusi ilə demokratiya və Azadlıqlar Adasındakı toplantımızda Türk Şurasının adını Türk Dövlətləri Təşkilatına dəyişdirdik. Bütün liderlər buna çox səmimi yanaşdı. Ancaq bundan narahat olanlar da yox deyil. Bu məsələdə Rusiyanın rahatsız olub-olmadığını deyə bilmərəm. Çünki cümə günü Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevin Rusiyada görüşü var idi (noyabrın 26-da keçirilən Soçi görüşünü nəzərdə tutur - red.). Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə bir toplantı reallaşdırıldı".

Xeberdar.net-in "TRT Haber"ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Zirvə toplantısından ölkəsinə qayıdarkən jurnalistlərin sualına cavabında bildirib.

"Bu toplantı ilə bağlı qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə o, yığıncağın çox yaxşı və məhsuldar keçdiyini söylədi. Bu toplantı nəticəsində Araz çayı boyu dəmiryolu, avtomobil yolu tikintisi məsələsi də həll edildi. Bununla yanaşı İğdıradək salınacaq avtomobil yolu məsələsi də var. Avtomobil yolu vasitəsi ilə Naxçıvanın çətinliklərini aşmaq, başqa tərəfdən Ermənistan ərazisindən keçməklə burada Azərbaycanın İğdır ilə əlaqələrinin yaranması üçün uğurlu bir addım olacaq. Dəmiryolu və avtomobil yolu vasitəsi ilə yük və sərnişin daşınması sahəsində də əhəmiyyətli addım atılacaq

Daha öncə də "3+3" platformasını gündəliyə gətirmişik. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul edəcəyi halda Gürcüstan da bu platformanın baş tutması ilə bölgədə sülhü çox açıq və qəti şəkildə dəstəkləyəcək".

Xeberdar.net

Ərdoğan AÇIQLADI: Soçidə bu məsələ HƏLL EDİLİB

  • 30-11-2021, 10:48
  • 206


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI