"Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıyıq” - Paşinyan

"Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıyıq” - Paşinyan“Demarkasiyanın və kommunikasiyaların açılmasının əleyhinə deyilik”

“Əlbəttə, biz bu mövzuda danışıqların başlanmasında və sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Bir müddət əvvəl ATƏT-in Minsk Qrupu danışıqlar gündəliyini təklif edib. Onun bir bəndi də hərtərəfli sülh müqaviləsinin bağlanmasıdır. Və bəli, biz bunda maraqlıyıq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü keçirdiyi onlayn mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən söyləyib.

Baş nazir bildirib ki, Ermənistan sərhədlərin demarkasiyası və kommunikasiyaların açılmasının da əleyhinə deyil: “Əgər biz region üçün sülh erasının başlanmasından danışırıqsa, problemlərin kompleks həlli çərçivəsində sülh müqaviləsinin əleyhinə danışsaq, bu, məntiqsiz olar. İnformasiya xaosu səbəbindən belə təəssürat yaratmaq istəyirlər ki, biz sərhədlərin demarkasiyasının əleyhinəyik. Lakin bu, belə deyil. Məlum məsələdir ki, Azərbaycan öz maraqlarını, Ermənistansa öz maraqlarını önə çəkməyə çalışacaq. Lakin biz kompromisslər tapsaq, irəli gedə biləcəyik. Soçidə anlayış var idi, lakin Soçidən sonra danışıqları təhlükə altına alan söhbətlər oldu. Ancaq xoşbəxtlikdən, Brüsseldən sonra belə şey olmadı…”

Paşinyan Brüssel görüşlərini yüksək qiymətləndirib və xüsusilə də Fransa Prezidenti Emmanuel Makronla birgə keçirilən qeyri-formal görüşün daha məhsuldar olduğunu iddia edib.

O, qeyd edib ki, həmin görüşdə adətən rəsmi danışıqlarda toxunulmayan mövzular müzakirə olunub. Ermənistanın Baş naziri bildirib ki, Soçi və Brüssel görüşləri bir-birini tamamlayıb və o, qarşıda sülh üçün perspektivlər görür: “Mən imkanları görürəm, onlar dumanlıdır, onlar yaxın deyillər, lakin mən onları görürəm…”

xeberdar.net

"Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıyıq” - Paşinyan

  • 25-12-2021, 12:44
  • 388


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI