İradə Gülməmmədovaya məxsus klinika cərimələnib

377 16-02-2022, 17:24 cemiyyet

İradə Gülməmmədovaya məxsus klinika cərimələnib“Vimay-Med” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Bu barədə məlumatlar “e-mehkeme” portalında yerləşdirilib.

Məlumatlara əsasən, iş üzrə baxış iclası sabah, 17 fevral saat 15:30 hakim Aygün Qurbanovanın sədrliyi ilə keçiriləcək.

Bildirək ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə (211.1) fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, mətbuatda “Vimay-Med” MMC-nin Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İradə Gülməmmədovaya məxsus olması barədə məlumatlar yayılıb.

Xatırladaq ki, İ. Gülməmmədova bu il yanvarın 19-da Abşeron RİH-in başçısı vəzifəsindən azad edilib. /Yeniavaz/

XƏBƏR LENTİ