Rubl manata qarşı 16 aylıq minimuma endi

422 22-02-2022, 11:54 dunya

Rubl manata qarşı 16 aylıq minimuma endiBu gün Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0213 manata (46,95 rubl) təşkil edib ki, bu da 2020-ci ilin noyabrın 3-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

Rublun ABŞ dolları qarşısında yeni kəskin enişi isə Rusiyanın Ukrayna ərazisindəki "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın "müstəqillikləri"nin tanıması fonunda baş verib. Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rublun dollar qarşısında dəyərsizləşməsi AZN-RUB cütlüyündə də rublu kəskin endirib.

"Bloomberg"in hesablamalarına görə, rubl dünyanın ən volatil valyutasına çevrilib. USD-RUB cütlüyü üçün biraylıq opsionların qiymətlərindən hesablanan rublun nəzərdə tutulan volatilliyi (bazarın məzənnə dəyişkənliyinin gələcək amplitudasını necə qiymətləndirdiyini göstərir) fevralın 21-i axşam saatlarında 33,97%-ə çatıb. Bu, 2020-ci ilin 18 mart tarixindən bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, sonuncu ticarət sessiyasında 1 dollar 80 rubladək yüksəlməsi müşahidə olunub./apa

XƏBƏR LENTİ