Türkiyədə bir sıra mallar, o cümlədən şəxsi qulluq məhsulları və tibbi avadanlıqlar üzrə əlavə dəyər vergisi (ƏDV) azaldılacaq.
Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviter hesabında məlumat verib.
"Biz yuyucu vasitələr, sabunlar, tualet kağızı, salfetlər və uşaq bezləri kimi malların ƏDV-ni 18 fazidən 8 faziə endirmək qərarına gəldik", - deyə R.T.Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti, həmçinin bildirib ki, tibbi avadanlıqlara görə ƏDV 18 faizdən 8 faizə endiriləcək. Yaxtaların, qayıqların və kruiz gəmilərinin satışında ƏDV dərəcəsi 1 faizdən 18 faizə qaldırıldı. R.T.Ərdoğan onu da vurğulayıb ki, bütün iaşə xidmətləri üçün ƏDV dərəcəsi 18 faizdən 8 faizə endirilib.
Xeberdar.net