“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu

1 222 23-04-2022, 11:52 cemiyyet / gundem

“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı olduSosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında “İmişli rayon Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Vətən adını zirvələrə ucaldanlar” kitabının nəşri” layihəsi çərçivəsində işıq üzü görən “Vətən adını zirvələr ucaldanlar” adlı kitabın İmişli rayonunda təqdimatı keçirilib. Kitab əslən İmişli rayonundan olan II Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş 48 şəhidin həyat hekayəsindən və döyüş yolundan bəhs edir. Layihə rəhbəri və kitabın müəllifi Qasım Həsənovdan aldığımız məlumata görə kitabın təqdimatında şəhid ailələrinin nümayəndələri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə İmişli rayon İcra Hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri İltizam Quliyev açıb. İ.Quliyev “Vətən adını zirvələrə ucaldanlar” kitabının hazırlanıb ərsəyə gəlməsində xüsusi əməyə olan şəxslərə və təşkilatlara minnətdarlığını bildirib. O, qeyd edib ki, bu kitabın rayon gəncləri üçün maarifləndirici əhəmiyyəti çox böyükdür. Şöbə müdiri əlavə olaraq bildirib ki, donor təşkilatın bu kimi layihələrə üstünlük verməsi təqdirəlayiq hadisədir. Sonra söz layihə rəhbəri və kitabın müəllifi Qasım Həsənova verilib. Müəllif kitabın ərsəyə gəlməsində xüsusi rolu olan və maliyyə yardımı göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilində xidmətləri olan hər kəsə o, cümlədən İmişli rayon İcra Hakimiyyətinə, 5 nömrəli texniki təmayüllü məktəb litseyin direktoru Validə xanım Zülfüqarovaya və b. təşəkkürünü bildirib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Q.Həsənov tədbirdə iştirak edən şəhid aillərinin üzvlərinə kitabın hazırlanması prosesində qəhrəman şəhidlərimizin həyat yolu və döyüş salnamələri haqqında məlumatın toplanması işində yardım etdikləri üçün bir daha təşşəkkür edib. O, qeyd edib ki, bu kitabın hazırlanmasında əsas məqsəd qəhrəman şəhidlərimizin xatirəsinin əbdiləşdirilməsi ilə paralel, gənclərə hərbi vətənpərvərlik ruhu aşılamaq olub. Müəllif şəhidlərin döyüş yolunun Azərbaycan gəncinin gələcək fəaliyyətində mühüm rol oynamasının vacibliyni qeyd edib. Sonra söz 5 nömrəli texniki təmayüllü məktəb litseyin direktoru Validə xanım Zülfüqarovaya verilib. V.Zülfüqarova kitabın hazırlanmasında əməyi olan şəxslərə və qurumlara münnətdarlığını bildirib. Əlavə olaraq qeyd edib ki, 48 şəhidin üçü məhz onun rəhbərlik etdiyi məktəb litseydə təhsil alıblar. Direktor həmin şəhidlərin uşaqlıq və gənclik dövrləri ilə bağlı maraqlı məlumatlar danışıb. Sonra söz şəhid ailələrinin üzvlərinə verilib. Şəhid Cəfərov Osmanın atası Elsevər Cəfərov, şəhid Hüseynov Nurlanın atası Madər Hüseynov, şəhid Elçin İsmayılovun anası, şəhid Əli Quliyevin atası Tədbir Quliyev, şəhid mayor Emin Süleymanovun qardaşı və digər tədbir iştirakçıları çıxış ediblər.
Tədbir iştirakçılarına “Vətən adını zirvələrə ucaldanlar” kitabı hədiyyə edilib. Sonda xatirə şəkili çəkildi.

Xeberdar.net

“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu
“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu
“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu
“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu
“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu
“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu
“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu
“Vətən adını zirvələrə ucaldanlar” kitabının təqdimatı oldu

XƏBƏR LENTİ