“Şeir və hekayə müsabiqəsi” və “ Ev kitabxanası necə olmalıdır?” adlı dərnək yaradıldı.

379 24-04-2022, 13:16 cemiyyet

“Şeir və hekayə müsabiqəsi” və “ Ev kitabxanası necə olmalıdır?”  adlı dərnək yaradıldı.
Aprelin 24- də Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçrilən tədbirdə "Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı.
Dərnəkdə “Nitq hissələri ilə şeir yazmaq” adlı oyun- tapmacadan istifadə edilərək ilk şeiri necə yazmaq qaydası öyədildi. Layihənin rəhbəri Pərvanə Talıbova, Təlimçi Nüşabə Mehtiyeva, ekspert Aytac Talıblı qruplarla işləyərək şeirlərin hazırlanmasında iştirakçılara dəstək oldular. Müxtəlif adda şeirlər hazırlandı və oxunuldu. Şeirlər alqışlarla qarşılandı. Hekayələr karusel üsulundan istifadə edilərək yaradıldı.” Hekayə yazmağa başlamaq üçün nə etmək lazımdır? “ sualına da iştirakçılar özləri cavab tapmağa cəhd etdilər. Verilmiş bir cümlədəki fikri ardıcıl tamamlamaqla bir uğur hekayəsi yaradıldı.
Sonda “ Ev kitabxanası necə olmalıdır?” adı altında kitabxanaya həsr olunmuş video rolik göstərildi.Layihənin rəhbəri və təlimçi məktəbdə tədbirlər həyata keçirilərkən yaradılmış üç dərnəyin məktəb kitabxanaçısının, dil və ədəbiyyat müəllimlərinin köməyi ilə inkişaf etdirilməsi üçün tövsiyyələr verdi.

Xeberdar.net

XƏBƏR LENTİ