KİV: İranda "Sepah"ın zabiti öldürülüb

KİV: İranda "Sepah"ın zabiti öldürülübranın cənubunda yerləşən Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah") zabiti Müslüm Tağızadə naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

“Report” xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, hadisə Əhvazın Ümidiyyə bölgəsində nəzarət-buraxılış məntəqəsində baş verib.

Xatırladaq ki, Xuzistan əyalətində, əsasən, ərəblər yaşayır.

Qeyd edək ki, aprelin sonunda İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin baş komandanı general Hüseyn Almasinin olduğu avtomobilə naməlum şəxslərin açdığı atəş nəticəsində mühafizəçi ölmüşdü. Hadisənin nəzarət-buraxılş məntəqəsində baş verdiyi bildirilirdi.

KİV: İranda "Sepah"ın zabiti öldürülüb

  • 13-05-2022, 13:41
  • 142


Oxşar mövzular
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI