Serj Sarkisyanın bacısı oğlu həbs edildi

742 31-05-2022, 12:53 dunya

Serj Sarkisyanın bacısı oğlu həbs edildiErmənistanın üçüncü prezidenti, hərbi cani Serj Sarkisyanın bacısı oğlu saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Bildirilir ki, o həm də Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğludur.Xaçatryanın vəkili Benik Qalstyan açıqlamasında deyib ki, keçmiş qubernatorun oğlu hökumət rəsmisinə qarşı zorakılıqda ittiham olunur. Vəkil artıq Xaçatryanın saxlanması ilə bağlı şikayət verdiyini deyib və qeyd edib ki, müraciətə 24 saat ərzində baxılmalıdır.

Xatırladaq ki, bir müddət öncə Ermənistan KİV-i Hayk Sarkisyanın (Aleksandr Sarkisyanın oğlu) hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilindiyini qeyd edib.

Qeyd edək ki, hər iki saxlanılan müxalif “Müqavimət” hərəkatının aksiyalarında fəal iştirak ediblər.

XƏBƏR LENTİ