Qaraçılar məhəlləsindəki uşaqlar satılıb: Biri 500 minə...

744 1-06-2022, 11:25 dunya

Qaraçılar məhəlləsindəki uşaqlar satılıb: Biri 500 minə...Rusiyanın Yekaterinburq şəhərindəki Qaraçı məhəlləsində 25 yaşlı Svetlana Boloso uşaq alveri ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, oğlan uşağının satılmasıyla bağlı məsələ araşdırılarkən bu alverlə bağlı cinayət sxemində iştirakda şübhəli bilinən qadın saxlanılıb.

"İşlə Rostov İstintaq Komitəsi və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məşğul olur”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə E1.RU-ya bildirib.

Təfərrüatları danışan təhlükəsizlik işçisinin sözlərinə görə, Svetlananın satdığı uşaq hazırda Yekaterinburqda uşaq xəstəxanasındadır.

E1.RU-nun həmsöhbətləri bu cür əməliyyatlarda bir uşağın qiymətinin təxminən 500 min rubl ola biləcəyini qeyd ediblər.

Sverdlovsk vilayətinin uşaq hüquqları üzrə müvəkkili İqor Morokov bu işdən xəbərsiz olduğunu desə də, belə hallarda uşağın əvvəlcə xəstəxanaya yerləşdirildiyini, sonra isə qəyyumluq orqanlarına verildiyini təsdiqləyib.

XƏBƏR LENTİ