Şəkərdən asılılığı azaltmaq üçün 6 sadə addım...

Şəkərdən asılılığı azaltmaq üçün 6 sadə addım...Əksəriyyətimiz hər gün çoxlu miqdarda şəkər istifadə edirik, doğrudur, çoxları bunu düşünmədən edir. Amma şirniyyata həddən artıq aludəçilik sağlamlıqda ciddi problemlər yarada bilər, o cümlədən piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri törədə bilər.
Biz sizin üçün şəkərdən asılılıqdan qurtulmağın 6 addımını hazırlamışıq.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Sizin çoxlu şəkər istifadə etməyinizi necə anlamamaq olar? Pirojna, konfetlər, dondurma və digər şirniyyatlarla hər şey aydındır, lakin həm də, məsələn, ketçupda, konservlərdə, ət yarımfabrikatlarında, tez hazırlanan məhsullarda çoxlu miqdarda şəkər var.

Mütəxəssislər hesab edir ki, şəkərdən alınan kalori gündəlik normanın 10 faizindən çox olmamalıdır. Yəni əksəriyyətimiz üçün bu, təxminən şəkərdən alınan 150 kilokalori deməkdir, hərçənd, faktiki olaraq biz daha çox şəkər istifadə etməyə vərdiş etmişik.

Beləliklə, bu miqdarı necə azaltmaq olar?

Birinci addım: qidalanmanın gündəlik monitorinqini aparın

Şəkər asılılığı ilə mübarizə aparmadan öncə gündə nə qədər şəkər istifadə etdiyinizi və bunu haradan götürdüyünüzü anlamaq gərəkdir. Bunun üçün bir neçə gün ərzində adi qidalanmanızı izləməyə çalışın. Bu şərtlə ki, seçdiyiniz məhsullardakı etiketləri diqqətlə öyrənəcəksiniz ki, onun tərkibində şəkər varmı, hansı miqdardadır və hansı tipdəndir. Böyük ehtimalla, siz daima aldığınız və boşqaba qoyduğunuz yeməkdə "şirin düşməni" aşkar edəndə təəccüblənəcəksiniz.

İkinci addım: az şeylərdən başlayın

Şəkərdən dərhal imtina etməyə cəhd göstərməyin. Belə etməklə sizdə qəflətən şirniyyata güclü meyl yaranacaq, hətta bunadək belə meyl heç vaxt olmayıbsa belə. Yadda saxlayın ki, qidalanmada
istənilən ekstremal addımlar heç bir yaxşı şey vəd etmir. Yeni pəhrizə köklənmək və ya hər hansı məhsuldan imtina etmək tədricən baş verməlidir ki, orqanizm buna alışsın və stres keçirməsin.

Üçüncü addım: şəkəri süni əvəzedicilərlə dəyişməyə tələsməyin

Əgər məhsulun üzərində tərkibində şəkərin olmadığı yazılıbsa, bu o demək deyil ki, o, sağlamlıq üçün faydalıdır. Üzərində "şəkərsiz" yazılan bir çox qəlyanaltıların tərkibində aspartam və stevi kimi əvəzedicilər var ki, "bumeranq effekti" yaradır. Tədqiqatlar göstərir ki, beyin şəkərin əvəzedicilərinin şirin dadına verdiyi reaksiya onun şirin şeylərə verdiyi reaksiya kimidur, yəni şirniyyata daha çox istək yaradan maddələrin sekresiyasını törədir.

Dördüncü addım: özünüz üçün "şəkər norması" müəyyən edin

"Şəkər norması" gün ərzində tərkibində şəkər olan yeməklə istifadə etdiyiniz məhdud miqdarda olan kaloridir.
100 kilokalori kimi az "büdcədən" başlamaq olar, bu da bir kubik şokolada və ya balaca kvadrat peçenyeyə bərabər ola bilər.

Əvvəlcədən belə normanın gözlənilməsinin üstünlüyü bundadır ki, siz özünüzü qəfəsə salınmış kimi hiss etmirsiniz. Bunun əvəzinə bilirsiniz ki, sizi sevimli şirniyyat gözləyir, onu naharda və ya bir neçə porsiyalara bölüb gün ərzində istifadə edə bilərsiniz.

Beşinci addım: müxtəlif davranış strategiyasını sınaqdan keçirin

Öz həyatınızda tədricən yeni vərdişlər yaradın, onlar sizi şəkərin istifadəsi ilə bağlı köhnə vərdişlərdən yayındıracaq. Məsələn, əgər sizdə şirniyyata meyl axşam və ya gecələr baş qaldırırsa, dişlərinizi şam yeməyindən sonra təmizləyin, bu, Sizi ağzınıza şirin şey qoymaqdan öncə iki dəfə düşünməyə vadar edəcək.

Siz həmçinin qonaq otağında əyləşərkən, mətbəxdə işığı söndürə bilərsiniz, bu da orada olan konfet qutusu barədə az düşünməyə kömək edə bilər.

Altıncı addım: sizin üçün uyğun olan şəkər əvəzedicilərini seçin

Bu gün bazarda tərkibində çox miqdarda şəkəri olmayan qəlyanaltı və işkilərin çoxsaylı variantları var. Yadda saxlayın ki, şirin qazlı suyu həmişə ətirli ot çayı ilə, pirojnanı isə meyvə salatı ilə əvəzləmək olar. Müxtəlif yeməklərdən dadın və öz hissiyyatlarınızı izləyin.

Bu üsulla siz özünüzün sevimli qəlyanaltınızı seçə bilərsiniz və onlar həm də sizin sağlamlığınız və qamətiniz üçün faydalı olacaqdır.

Şəkərdən asılılığı azaltmaq üçün 6 sadə addım...

  • 29-07-2022, 11:31
  • 372


Oxşar mövzular
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI