Yanğınlar qəsdən törədilib? - RƏSMİ

429 26-08-2022, 12:47 cemiyyet

Yanğınlar qəsdən törədilib? - RƏSMİFövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Cəlilabadın Göytəpə bazarında baş verən yanğınla bağlı zərərçəkmişlərə kompensasiyanın ödəniləcəyini deyib.

Bu barədə Musavat.com-un sualına cavab verən nazir müavini bildirib ki, hazırda yanğın zamanı dəymiş ziyan hesablanır: "Hesablamalardan sonra müvafiq qərar ilə dəymiş ziyan insanlara ödəniləcək".

Etibar Mirzəyev yanğınların qəsdən törədilib-törədilməməsi ilə bağlı suala da cavab verib: "Yanğınların 98 faizi insanlar tərəfindən törədilib. Dağlıq ərazilərdə nə yaşayış var, nə də oradan elektrik xətti keçir. Zolaq yox, təhlükəsizlik yox. Bu səbəbdən də belə yanğınlar baş verir. Sonradan torpaq sahəsi kimi satılması ilə bağlı da nəsə deyə bilmərəm".

Xeberdar.net

XƏBƏR LENTİ