İranda etiraz aksiyalarında həbs edilənlərin məhkəməsi başlayıb

704 31-10-2022, 11:58 dunya

İranda etiraz aksiyalarında həbs edilənlərin məhkəməsi başlayıbParlament nümayəndələri aksiyaçılara qarşı sərt tədbirlərin görülməsini tələb edirlər

İranın Ədliyyə Nazirliyi son bir ay ərzində baş verən iğtişaşlarda həbs olunanların hazırlıq məhkəməsinin keçirildiyi barədə məlumat verib.

AYNA xəbər verir ki, hazırlıq məhkəməsində həbs olunanlar və onların vəkilləri iştirak ediblər. Müxtəlif maddələrlə açılan cinayət işləri üzrə ittihamlar irəli sürülüb. Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu günə kimi Kirmanda 25, Semnanda 89, Zəncanda 119, Xuzistanda 105, Qəzvində 55, Kürdüstanda 110, Tehranda 315 nəfər həbs edilib. Cinayət işlərinə inqilab məhkəməlində baxılacaq.

Həbs olunanlar bankları dağıtmaqda, polis, təcili tibbi yardın və yanğınsöndürən avtomobillərinə zərər vurmaqda ittiham edilirlər.

Nəzərə çatdıraq ki, bir sıra banklar və şirkət sahibləri, eləcə də bələdiyyələr məhkəməyə şikayət edərək dağıdılan əmlaklarına görə kompensasiya tələb ediblər.

Hüquq-mühafizə orqanlarının səylərinə baxmayaraq, əyalətlərdə kütləvi etirazlar polislə qarşıdurma ilə müşahidə olunur.

Onu da qeyd etmək lazımdır ki, bir ay əvvələ nisbətən aksiyada iştirak edənlərin sayı tədricən azalır. Kütləvi aksiyalar Tehranda da səngiyib.

İran Parlamentinin nümayəndələri aksiyaçılara qarşı sərt tədbirlərin görülməsini tələb edirlər.

XƏBƏR LENTİ