"El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İB Şəmkirdə "Dünyamızı Qaraltmayın!" adlı qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüş keçirib

373 28-10-2022, 17:58 cemiyyet

"El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İB  Şəmkirdə "Dünyamızı Qaraltmayın!" adlı qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüş keçiribAzərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir rayonunda 2022 - ci il oktyabr ayının 28 -də "El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin xətti ilə qalibi olduqları "Dünyamızı Qaraltmayın"! Qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüşlərin təşkili adlı lahiyə ilə bağlı təlim Şəmkir rayon Heydər Əliyev Mərkəzinin akt zalında müəllimlərin və şagirdlərin iştirakı ilə keçirildi.. Təbirə başlamazdan əvvəl Şəmkir rayon Təhsil Sektorunun rəhbəri Qüdrət Əliyev və "El Gücü"BHA nin üzvləri Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək onun ruhuna dualar oxudular, büstü qarşısına güllər qüzdülər.
Tədbiri giriş sözü ilə Şəmkir rayon Təhsil Sektorunun müdiri Qüdrət Əliyev açaraq qonaqları salamladı və sözü layihənin rəhbəri Sara Məmmədovaya verdi Tədbirə başlamazdan əvvəl iştirakçılara layihənin mahiyyəti ,məqsəd məramı ilə bağlı hazırlanmış buklet paylandı .
Maarifləndirici görüşdə "El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin sədri , layihənin rəhbəri Sara Məmmədova , İçtimai Birliyin sədr müavini ,layihə rəhbərinin köməkçisi Elxan Babayev ,İçtimai Birliyin Gəncə Gəncəbasar üzrə qadın komitəsinin sədri , " Şəhid analar" qrupunun rəhbəri ,Gəncə şəhər 13 nömrəli körpələr evi -uşaq bağçasının müdiri Pərvanə İmamquliyeva , layihənin eksperti Taleh Əliyev ,Şəmkir rayon Təhsil Sektorunun müdiri Qüdrət Əliuev iştirak edirdilər. Təlimə başlamazdan əvvəl Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş ,qanları ilə tarix yazan Şəhidlərimizin unudulmaz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi Səhidlərin ruhuna rəhmət ,qazilərimizə ,yaralılarımıza Allahdan can sağlığı söylənildi. Sonra Dövlət Himni səsləndirildi ."El Gücü" Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin sədri Sara Məmmədova
Tədbir iştirakçılarına rəhbəri olduğu təşkilat haqda və qalibi olduqları,
" Dünyamızı Qaraltmayın" Qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüşlərin təşkili adlı layihənin məqsədi ilə bağlı məlumat verdi .
Sonra keçiriləcək layihənin mahiyyəti məqsəd - məramı haqda daha geniş məlumat vermək üçün söz layihənin eksperti Taleh Əliyevə verildi.
Taleh Əliyev layihənin incəlikləri ,mahiyyəti ,faydası, məqsədi ilə bağlı iştirakçılara geniş ətraflı məlumat verdi.
Sonra layihə ətrafında öz fikirlərini bildirmək üçün cöz "El Gücü" BHA İB -nin Gəncə Gəncəbasar üzrə Qadın komitəsinin sədri Pərvanə İmamquliyevaya verildi . Pərvanə xanım Layihənin əhəmiyyəti haqda maraqlı maarifləndirici söhbətlər etdi.Sonra söz Şəmkir rayon Təhsil Sektorunun rəhbəri Qüdrət Əliyevə verildi .Qüdrət müəllim layihənin əhəmiyyətindən ətraflı izahlar verərək layihənin aktuallığından danışdı. Maarifləndirici görüşdə iştirak edən müəllimlər layihə ətrafında öz fikirlərini bildirdirərək bir çox əhəmiyyətli təkliflər irəli sürdülər .
Sonda layihənin rəhbəri Sara Məmmədova layihənin yüksək səviyyədə,səmərəli keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasnın Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbəri Aygün xanım Əliyeva başda olmaqla Agentliyin bütün əməkdaşlarına , Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəşad Tağıyev başda olmaqla İcra hakimiyyətinin bütün əməkdaşlarına , Qazax Tovuz Regional Təhsil idarəsinin müdiri Arslan Hacıyevə,Şəmkir rayon Təhsil Sektorunun müdiri Qüdrət Əliyev başda olmaqla sektorunbütün əməkdaşlarına ,Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Ruslan Cahangirov başda olmaqla Mərkəzin əməkdaşlarına , Tədbir iştirakçılarına.təşəkkür və minnətdarlığını bildirdi . Şəmkir rayonunda icra olunan layihə yüksək səviyyədə müvəffəqiyyətlə başa çatdı.Bununla da layihənin icrası başa çatdı.

Xeberdar.net

XƏBƏR LENTİ