“TÜRKİYƏYƏ GÜRCÜ VƏ ERMƏNİDƏN 3 DƏFƏ BAHA UÇURUQ” – Parlamentin komitə sədrləri AZAL-ı tənqid edib

352 17-11-2022, 14:04 cemiyyet

“TÜRKİYƏYƏ GÜRCÜ VƏ ERMƏNİDƏN 3 DƏFƏ BAHA UÇURUQ” – Parlamentin komitə sədrləri AZAL-ı tənqid edib“Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi olan AZAL-ın biletlərinin qiyməti nəinki inhisarçı şirkətin vətəndaşlara ağır maliyyə yüküdür, eləcə də Hesablama Palatasının apardığı son auditdən göründüyü kimi, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
“TÜRKİYƏYƏ GÜRCÜ VƏ ERMƏNİDƏN 3 DƏFƏ BAHA UÇURUQ” – Parlamentin komitə sədrləri AZAL-ı tənqid edib
Zahid Oruc deyib ki, müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan şirkətin vəziyyətinə diqqət yetirmək lazımdır: “Auditdə yazılıb ki, kovidlə bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib. Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir. Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə -Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir”.
“TÜRKİYƏYƏ GÜRCÜ VƏ ERMƏNİDƏN 3 DƏFƏ BAHA UÇURUQ” – Parlamentin komitə sədrləri AZAL-ı tənqid edib
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da AZAL-la bağlı tənqidlərə qoşulduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə məsələlərə daha ciddi nəzarət təmin olunmalıdır.

XƏBƏR LENTİ