Daşkəsən sakinini Gəncədə avtomobil vuraraq öldürüb

385 23-11-2022, 10:23 cemiyyet / kriminal

Daşkəsən sakinini Gəncədə avtomobil vuraraq öldürübDaşkəsən rayon sakini, 1970-ci il təvəllüdlü Kazımov Zöhrab Qədir oğlunu Gəncə şəhərində minik avtomobili vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən otellərin birinin yaxınlığında qeydə alınıb.

Z.Kazımov yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ