Meymunçiçəyi bundan sonra belə adlanacaq

Meymunçiçəyi bundan sonra belə adlanacaqMeymunçiçəyinə “Mpox” adının verilməsinin tövsiyə ediləcəyi bildirilib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) irqçi və damğalayıcı dildən qaçmaq üçün dünyada, xüsusilə Avropada təsiri olan meymunçiçəyi virusunun adını dəyişdirib.

Xeberdar.net xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın yazılı açıqlamasında virusun adının dəyişdirilməsi üçün beynəlxalq səhiyyə mütəxəssisləri ilə bir müddət fikir mübadiləsi aparıldıqdan sonra üzv dövlətlərə meymunçiçəyinə “Mpox” adının verilməsinin tövsiyə ediləcəyi bildirilib.

Açıqlamada, “Meymunçiçəyi epidemiyası ilin əvvəlində təsirini göstərməyə başladığı zaman internetdə irqçi və damğalayıcı ittihamların istifadə edildiyi xəbəri ÜST-ə çatdırılıb”, - vurğulanıb.

Qeyd edək ki, endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan meymunçiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insan orqanizmində görülüb.

Xeberdar.net

Meymunçiçəyi bundan sonra belə adlanacaq

  • 29-11-2022, 10:43
  • 136


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI