Dağlıq rayonlarda yollar buz bağlayacaq

311 12-12-2022, 14:20 cemiyyet

Dağlıq rayonlarda yollar buz bağlayacaqGörmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı proqnozlaşdırılır

Dekabrın 13-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan, Giləzi-Xızı, Göyçay-Ucar, Yevlax-Zaqatala, Masallı-Yardımlı, Ələt-Astara, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq rayonlarda isə şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

XƏBƏR LENTİ