Təhlükəli oyuncaq: "Huggy-Wuggy" "canavar"larında zəhərli maddə aşkarlandı - FOTO

348 22-12-2022, 21:04 cemiyyet

Təhlükəli oyuncaq: "Huggy-Wuggy" "canavar"larında zəhərli maddə aşkarlandı - FOTOUşaqlar arasında son zamanlar populyar olan "Huggy Wuggy" oyuncaqlarında zəhərli fenol maddəsi aşkarlanıb.

Bununla bağlı Rusiyanın "Roskaçestvo" qurumundan açıqlama verilib.

Qurumun apardığı araşdırma nəticəsində "Huggy Wuggy" oyuncaqlarının demək olar ki, 90%-də baş ağrısı və dermatitə səbəb olan zəhərli fenol maddəsi tapılıb.

"Huggy Wuggy" kompüter oyunu personajı əsasında yaradılmış bu oyuncaq iti dişləri və vəhşi təbəssümü olan qorxulu tüklü canavarı xatırladır. Bu obrazın oyundakı rolu isə oyunçunu ölümcül olana qədər qucaqlamaq və ondan bir hissə dişləyib qoparmaqdır.

Uşaqlar tərəfindən çox sevilən bu oyuncaqların 18 nümunəsindən 16-da fenol aşkarlanıb. Zəhərli maddə olan fenol neylon və kapron, müxtəlif qətranların istehsalı üçün istifadə olunur. Əgər uşaq daim oyuncaqla təmasda olarsa, bu, dərinin allergik reaksiyasına (dermatit) səbəb ola bilər. Həmçinin fenol buxarından zəhərlənmə başağrısı yarada bilər.

Qeyd edək ki, adıçəkilən oyuncaq Azərbaycanda da satılır. \Oxu.az

Təhlükəli oyuncaq: "Huggy-Wuggy" "canavar"larında zəhərli maddə aşkarlandı - FOTO
Təhlükəli oyuncaq: "Huggy-Wuggy" "canavar"larında zəhərli maddə aşkarlandı - FOTO

XƏBƏR LENTİ