Ötən sutka 29 yanğına çıxış olub

178 26-01-2023, 13:30 cemiyyet

Ötən sutka 29 yanğına çıxış olubFHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üç nəfər xilas edilib

“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üç nəfər xilas edilib.

XƏBƏR LENTİ