Saatlı qanunsuz ov silahları müsadirə edilib

306 9-03-2023, 16:11 cemiyyet

Saatlı qanunsuz ov silahları müsadirə edilibSaatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tədbirlər nəticəsində rayon sakinləri D.Süleymanovdan və M.Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

XƏBƏR LENTİ