AŞIQ PƏRİ QIZLARIMIZ ŞUŞADA

457 23-05-2023, 00:13 cemiyyet / gundem

AŞIQ PƏRİ QIZLARIMIZ ŞUŞADA
Yəqin ki , hər biriniz çox gözəl xatırlayırsınız yaxın keçmişi.
Doğma Şuşamızın ermənilər tərəfindən paytaxt elan olunması təşəbbüsünü. Paşinyanın öz yaxın tərəfdaşları ilə doğma Cıdır düzümüzdə ,,Yallı" getməsini. Həmin gün mən də bütün Azərbaycan övladları kimi böyük sarsıntı keçirtmişdim. Özümə yer tapa bilmirdim. On dəqiqənin içində ,,Vətən harayı" adlı səkkiz bənd şeir yazmışdım. Çığırmaq , hay salmaq istəyidim...Əlimdən başqa heç nə gəlmirdi.

Bəli,sanki Allah səsimizi eşitdi. İgid vətən oğullarımız Ali Baş Komandanımızın əmri ilə ilə otuz ildən çox bir müddətdə üzərimizdəki bu ağır xəcalət yükünü götürdülər .Özü də necə .Düşmənin hərbi bazasını , strukturunu bütünlüklə məhv edərək.Düşmən ağır itgilər versə də bizlər də az zərbə almadıq. Minlərlə igidlərimiz şəhid oldu. Neçə -neçə əsgərlərimiz yaralandı. Əlbəttə , müharibə heç kəsə xeyir gətirmir. Amma bizim savaşımız haqq savaşı idi.İllərlə düşmən tapdağı altında inləyən vətən torpağlarımız bizi gözləyirdi. Cabbarın, Üzeyirin, Xanın , Natavanın ruhu narahat idi , haray gözləyirdi. Bülbülün, Seyidin yanıqlı səsi var idi bu illər ərzində. Bəli, Qələbəni çaldıq. İgidlərimizin qanları , canları bahasına alındı torpaqlarımız.
Dünən üzvü olduğum, ,Aşıq Pəri Məclisi"nin çox dəyərli üzvləri , başda gözəl şairəmiz ,məclisin rəhbəri Pərvanə Zəngəzurlunun təşəbbüsü ilə Qarabağa, Şuşaya səfər etdilər.
Həmişə Pərvanə xanımla söhbət edəndə deyirdi ki, ən böyük arzum Şuşada, Cıdır düzündə ,,Yallı "rəqsini getmək, bir də gözəl bir çəkiliş etməkdir. Şükür ki, əziz bacım, bu arzunuza çatdınız.
Bu gün sevimli şairəmiz Südabə İrəvanlıdan Şuşa təəssüratlarını soruşanda həm kövrəldi, həm də qürur hissi ilə qeyd etdi ki, Minirə, doğma yerləri görmək arzusu çox olsa da , ziyarət zamanı torpaq üstə ayaq basanda şəhidlərimizin ruhu xatırlanır. Hər daşı, qayası igidlərimizin keçdiyi döyüş yolundan söhbət açır. İnsan duyğuları haldan- hala, şəkildən-şəkilə düşür .Bu hisslərdə sevgi, qürur ,qəm, həsrət ,düşmənə nifrət, hər biri bir-birinə qarışır.
Südabə xanım danışdıqca , mən də özümü o doğma yerlərdə hiss etdim. Müəyyən səbəblərdən qızlarımıza qoşula bilməsəm də, bütün varlığımla onların yaşadığı duyğuları duya bildim. Bəli , Şuşamıza qovuşmuşuq. Bir vaxt xain düşmənlərimizin rəqs etdiyi o müqəddəs torpaqda, dünən Aşıq Pəri Məclisimiz ,,Yallı " getdi.
Qızlarımıza uğurlar və can sağlığı diləyir, yazımı Pərvanə xanımın elə yenicə yazdığı iki bənd şeiri ilə başa vururam

Müşkülümü asan edən Allahım!
Yetdin mənim imdadıma çox şükür.
İllər idi Şuşa deyib qovruldum,
Son qoyuldu fəryadıma ,çox şükür .
O gözəllik yoxdur ki yer üzündə ,
Yeri vardı söhbətin də sazın da.
Yallı getdik biz də Cıdır düzündə ,
Axır çatdım muradıma,çox şükür .
Minirə Dadaşqızı.
Şair-publisist
,,Aşıq Pəri Məclisi"nin mətbuat katibi.

22.05.2023.

AŞIQ PƏRİ QIZLARIMIZ ŞUŞADA
AŞIQ PƏRİ QIZLARIMIZ ŞUŞADA
AŞIQ PƏRİ QIZLARIMIZ ŞUŞADA

XƏBƏR LENTİ