Şabranda 65 yaşlı kişi yoxa çıxıb

223 29-05-2023, 12:05 cemiyyet

Şabranda 65 yaşlı kişi yoxa çıxıbƏnvər Müslümov “Mersedes-Benz”lə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb

Şabranda 65 yaşlı kişi itkin düşüb. Xeberdar.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, rayonunun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov may ayının 25-i saat 04 radələrində yaşadığı evdən “Mersedes-Benz” markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994)70-233-27-23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Şabranda 65 yaşlı kişi yoxa çıxıb

XƏBƏR LENTİ