Açıq şəkildə bildirdik ki, Rusiyaya hücumları... - Ağ Ev

240 31-05-2023, 20:12 dunya

Açıq şəkildə bildirdik ki, Rusiyaya hücumları... - Ağ EvUkrayna ABŞ-ı əmin edib ki, amerikalılardan aldığı silahlardan Rusiya ərazisinə zərbə endirmək üçün istifadə etməyəcək.

Xeberdar.net-in mlumatına görə, bunu CNN telekanalına müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

"Biz onlara özlərini müdafiə etmək və ərazilərini, Ukrayna torpaqlarını qorumaq üçün lazım olanları verməyə davam edəcəyik, lakin Rusiyaya hücumu dəstəkləmirik. Biz razıyıq ki, ukraynalıların özünümüdafiə hüququ var. Biz bildirdik ki, Rusiya daxilində hücumları təşviq etmək və ya asanlaşdırmaq istəmirik, çünki biz artıq Ukrayna xalqının başına gələn miqyasdan kənar zorakılığın artmasını istəmirik", - Ağ Ev rəsmisi söyləyib.

XƏBƏR LENTİ